Yaponiyanın daha 7 əyalətində fövqəladə vəziyyət elan edilib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Yaponiyada yeni növ koronavirusla mübarizə çərçivəsində daha 7 əyalətə sərtləşdirilmiş karantin rejimi gətirilib.
Bununla bağlı Yaponiyanın Baş naziri Suga açıqlamasında bildirib. O, yoluxanların sayında hər hansısa bir azalma müşahidə olunmadığı üçün bu addımı atdıqlarını deyib.
Verilən qərara görə İbaraki, Tochigi, Gunma, Shizuoka, Kyoto, Hyogo və Fukuoka əyalətləri 20 avqustdan etibarən xüsusi karantin rejimində davam edəcək.
Hazırda paytaxt Tokioda və ətrafındakı Saitama, Chiba, Kanagawa və cənubdakı Osaka və Okinava adalarında tətbiq olunan fövqəladə vəziyyətin müddəti uzadılıb.
Ayşən