Bu ölkədə şiddətli qasırğa başladı: Ordu hərəkətə keçdi

Bu ölkədə şiddətli qasırğa başladı: Ordu hərəkətə keçdi
DÜNYA
13:23 25.07.2024
155
Tayvanda "Gaemi" qasırğası ilə bağlı üç şəhərdə elektrik enerjisi tamamilə kəsilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ordu tayfundan zərər çəkən insanlara kömək etmək üçün hərəkətə keçib.

Tayvan mediası qasırğa nəticəsində 1 nəfərin öldüyünü, 58 nəfərin yaralandığını açıqlayıb. 

Yeni Taypey və 10 rayondan 4 min 18 nəfər təxliyə edilərkən, 458-i ağacların aşması, 163-ü isə infrastruktura ziyan dəyməsi ilə bağlı 962 fəlakət xəbərinin daxil olduğu bildirilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR