Bu ölkədə skuterlər qadağan edildi

Bu ölkədə skuterlər qadağan edildi
DÜNYA
03:29 09.10.2025
179
Tacikistanın paytaxtı Düşənbədə 2030-cu ilə qədər adi və elektron skuterləri yollarda və piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə qadağan edilib.

AZXEBER.COM xəbər verir ki, qərar şəhər Xalq Deputatları Məclisinin qərarı əsasında qəbul edilib. Qadağanın skuter və elektron skuterlərin iştirakı ilə baş verən qəzaların sayını azaltmaq, nəqliyyatın hərəkətində fasilələrin qarşısını almaq və bütün hərəkət iştirakçılarının hüquq və mənafelərini qorumaq məqsədi daşıdığı bildirilir.

"Məhdudiyyət bu cür nəqliyyat vasitələrinin təhlükəsiz istismarı üçün lazımi infrastruktur yaradılana qədər qüvvədə qalacaq", - məlumatda deyilir. 
OXŞAR XƏBƏRLƏR