Bu ölkədə tanker partladı: 60 ölü

Bu ölkədə tanker partladı: 60 ölü
DÜNYA
01:28 15.12.2021
471
Haitinin şimalında yerləşən Kap-Aityen şəhərində yanacaqdaşıyan avtomobil partlayıb.
 
AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, tankerin partlaması nəticəsində 60 nəfər ölüb.
 
Bildirilir ki, partlayış yerinə yaxın 20-dən çox binaya ziyan dəyib.

Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayışın baş verdiyi ehtimal olunur.

Haiti hakimiyyəti üç günlük milli matəm elan edib.

OXŞAR XƏBƏRLƏR