Səudiyyə Ərəbistanında iki Yəmən vətəndaşı terrorçuluq ittihamı ilə edam edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, "Yəmən vətəndaşı olan Abdurrahman Fərid Əmir əl-Merri və Məhəmməd Salah Əmr əl-Merri terror təşkilatına qoşularaq, onu dəstəkləyib və onlara beyət ediblər.
Açıqlamada Əbdürrəhmanın Səudiyyə Ərəbistanında terror əməliyyatı keçirmək, təhlükəsizlik işçilərinə sui-qəsd cəhdi, təşkilatın ünsürlərinə yardım etmək və terror əməliyyatları üçün kadr toplanmasına hazırlıq məqsədilə terror təşkilatı yaratdığı vurğulanıb.
Məhəmmədin Səudiyyə Ərəbistanında terror əməliyyatları keçirmək üçün terror təşkilatına qoşulduğu, hərbi maşınları hədəfə almaq üçün partlayıcı yerləşdirdiyi, terror aksiyalarında istifadə etmək üçün təhlükəsizlik və hərbi bölgələr haqqında məlumat topladığı qeyd edilib.
Onlara aid edilən məsələlərlə bağlı səlahiyyətli məhkəməyə göndərilən şəxslərin edamına qərar verildiyi, ölüm hökmünün Ər-Riyadda həyata keçirildiyi bildirilib.
Qeyd edək ki, açıqlama sözügedən şəxslərin yaşları və mənsub olduqları terror təşkilatı ilə bağlı məlumat verilməyib.
Mikayıl