Bu ölkədə “Uber” şirkətinin fəaliyyəti qadağan edildi

Bu ölkədə “Uber” şirkətinin fəaliyyəti qadağan edildi
DÜNYA
15:33 07.06.2023
195
Türkiyənin 11-ci hüquq dairəsi Kassasiya məhkəməsi onlayn taksi xidməti göstərən "Uber” şirkətinin fəaliyyətini qadağan edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul taksi sürücüləri dərnəyinin iddiası əsasında baş tutan prosesdə aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Məhkəmə "Uber”in qeyri-sağlam rəqabətə yol açdığını əsas gətirərək Türkiyədə fəaliyyətini qadağan edib, həmçinin ölkə ərazisindən şirkətin saytına girişi bloklayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR