Bu ölkədə vəba epidemiyası kütləvi şəkildə yayıldı

Bu ölkədə vəba epidemiyası kütləvi şəkildə yayıldı
DÜNYA
13:24 01.11.2022
227
Malavidə vəba epidemiyası yayılıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Malavidə vəba epidemiyasından ölənlərin sayı 183-ə yüksəlib.

Bu barədə Malavinin Səhiyyə naziri Khumbize Çiponda məlumat verib.

O, mart ayından bəri yoluxmaların sayının 6056-ya, ölənlərin sayının isə 183-ə yüksəldiyini açıqlayıb.

Xəstəliklərin artmasının davam etdiyini qeyd edən Çiponda vəbanın təmiz suya çatma problemlərindən və tualetdən düzgün istifadə edilməməsindən qaynaqlandığını vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxanların sayı 20-dən az olduğu halda, 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.

Ayşən
OXŞAR XƏBƏRLƏR