Bu ölkədə virusla əlaqədar 5 günlük qadağa tətbiq edildi

Bu ölkədə virusla əlaqədar 5 günlük qadağa tətbiq edildi
DÜNYA
12:38 25.01.2023
298

Şimali Koreyada təsbit olunmayan tənəffüs yoluxucu xəstəlik şübhəsi ilə paytaxt Pxenyanda 5 günlük çölə çıxmaq qadağası tətbiq edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xalq bu qadağanın uzadılması ilə əlaqədar olaraq ərzaq ehtiyatı toplamağa başlayıb.

Səlahiyyətlilər yoluxmaların sayının artmasının qarşısını almaq üçün paytaxtda bəzi qadağaların tətbiq edildiyini açıqlayıb.

Məlumata görə, xəstəliyin növü hələ müəyyən edilməyib, lakin paytaxt sakinlərindən gündə bir neçə dəfə bədən istiliyini ölçmələri xahiş olunub.

Ayşən

OXŞAR XƏBƏRLƏR