Bir müddət öncə İspaniyanın Palma adasında püskürən "Cumbre Vieja" adlı vulkan yenidən aktivləşib və bu səbəbdən 700 nəfər yerli sakin təxliyə edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edək ki, qarşısına çıxan hər şeyi məhv edən lavaların yaşayış yerlərinə doğru hərəkət etməsi səbəbindən hökumət 700-dən çox sakinə adadakı evlərini tərk etmək tapşırığı verib.