Bu ölkədə "WhatsApp"la bağlı qadağa: Göndərdiyiniz mesajlara görə cavabdeh olacaqsınız

MARAQLI
12:02 27.10.2023
381
Almaniyanın Şimali Reyn-Vestfaliya əyaləti WhatsApp"" və "Telegram" sosial şəbəkələri ilə bağlı yeni addıma əl atıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, artıq əyalətdə WhatsApp və Telegram kimi qapalı qruplarda söhbət edənlər cəzalandırıla bilər.

Polis məmurları, əsgərlər və ədliyyə məmurları söhbət qruplarında irqçi, antisemit və ya ksenofobik şərhlər edərlərsə və bu ifşa olunarsa, çox vaxt cəzadan qorunurlar.
 
Ədliyyə naziri Benjamin Limbax bu vəziyyətin qəbuledilməz olduğunu bildirir.

Şimali Reyn-Vestfaliya əyaləti mövcud qanuna əlavələr edilməklə bu hüquqi boşluğun aradan qaldırılmasını tələb edir. Bu tələblərə səbəb Şimali Reyn-Vestfaliya polisində ifrat sağçı söhbət qruplarının aşkarlanması və bu, ölkə daxilində qalmaqala səbəb olub.

Ancaq son qərara görə, artıq qapalı söhbət qruplarında hazırladıqları təxribat xarakterli məzmuna görə polis əməkdaşları, əsgərlər və ədliyyə işçiləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Şimali Reyn-Vestfaliya ştatı təklifi təsdiqləyib. Dəyişiklik Federal Şuraya təqdim edildikdən sonra Bundestaqa göndəriləcək. Qanunla bağlı yekun qərarı Bundestaq verəcək. 
 
24 oktyabr 2023-cü il tarixindən etibarən köhnə cihazlar və əməliyyat sistemləri olan cihazlarda "WhatsApp" dəstəyi dayandırılıb. WhatsApp indi yalnız Android OS 5.0 və daha yuxarı versiyalarda istifadə edilə bilər.

"WhatsApp"dan istifadə etməyə davam etmək üçün Apple istifadəçiləri həmçinin iOS 12 və daha yuxarı versiyaları öz cihazlarında quraşdırmalıdırlar.
 
Rəsmi açıqlamaya görə, JioPhone və JioPhone 2 telefonları da KaiOS 2.5.0 və ya daha yuxarı versiyaya yüksəldilməlidir.

Mikayıl

OXŞAR XƏBƏRLƏR