Bu ölkədə yaşı 15-dən az olanlar üçün internet məhdudlaşdırıla bilər

Bu ölkədə yaşı 15-dən az olanlar üçün internet məhdudlaşdırıla bilər
DÜNYA
12:09 24.05.2023
171
Fransa Senatı 15 yaşından kiçik istifadəçilərin qeydiyyatdan keçməsini və valideynlərinin razılığı ilə sosial media platformalarından istifadə etməsini tələb edən qanun layihəsini qəbul edib.

AZXEBER.COM xəbər verir ki, sessiyada qəbul edilən qanun layihəsi 15 yaşına çatmamış uşaqların sosial media platformalarında qeydiyyatdan keçmək üçün valideynlərindən icazə almasını tələb edir.

Müvafiq olaraq, platformalar istifadəçilərin yaşını və yetkinlik yaşına çatmayanların valideynlərindən icazə alıb-almadığını yoxlamaq üçün sistemdən istifadə etməlidirlər.

Qaydalara uyğun gəlməyən platformalar dünya üzrə dövriyyəsinin 1%-i qədər cərimələnə bilər. Qanun layihəsi ilə sosial media platformaları sosial mediada zorakılığın qarşısının alınması üçün mesajlar dərc edəcək.

Valideynlər platformalardan 15 yaşlı uşaqlarının sosial media hesablarının dayandırılmasını tələb edə biləcəklər. Əvvəllər Milli Məclisdə qəbul edilən qanun layihəsi 14 deputatdan ibarət birgə komissiyada müzakirəyə çıxarılacaq.

Ayşən
OXŞAR XƏBƏRLƏR