"Mən bu ölkədən yerlə-göy qədər razıyam. Yaxşı ki, Azərbaycan vətəndaşıyam. Yan-yörəmizə, qonşularımıza bir baxın. Səkkizinci sinifdə oxuyan uşaqlar oğru dünyasından danışırlar. Ən yaxın ölkələrin əksəriyyətinə baxın. Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Nazilə Səfərli deyib.
Aparıcı sosial şəbəkə hesabında paylaşım edərək uşaqlıq illərində məktəbdə geyim fərqinə görə yaşadığı hisslərdən danışıb və vahid məktəbli formasının tətbiqini müsbət qiymətləndirib:
"Məktəb vaxtı boynumuza ağ boyunluq tikirdik. Güpürlü də vardı, sadəsi də. Aralarında neçə manat fərq olduğunu bilmirəm. Amma bütün sinifdə cəmi iki qızda vardı, qalan heç kimdə yox idi. Bu gün mənim 47 yaşım var, amma bu acı bu günə qədər də içimdədir. Niyə onlar bizdən artıq idi? Niyə analarımız bizə onu almamışdı? Onun atası mənim atamdan artıq idi? Niyə mənim atam da məni elə geyindirməmişdi? Mən də o uşaq kimi olmaq istəyirdim. Niyə ona baxıb boynumu bükməliydim?
Bu gün ölkəmizdə məktəbli formasının vahid olması, hamının eyni cür geyinməsi çox gözəl addımdır və gecikmiş qərardır. Kaş elə o vaxtdan Azərbaycanda hamının məktəbli geyimi eyni olardı. Kaş özəl məktəbdə oxuyan şagirdlə dövlət məktəbində oxuyan şagirdin geyimi də eyni olardı”, – deyə Nazilə Səfərli bildirib.
Fəridə Əsədzadə











































