Bu ölkədə yeni epidemiya sürətlə yayılır

Bu ölkədə yeni epidemiya sürətlə yayılır
DÜNYA
16:25 08.02.2024
165
Rumıniya, Fransa, İngiltərə və Avstriyada başlayan yeni epidemiya Türkiyə sərhədinə çatıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər Yunanıstanda yoluxmalar artırdıqdan sonra hərəkətə keçib.

Yunanıstanın Səhiyyə Nazirliyi Avropada artan qızılca virusu təhlükəsinə qarşı tədbir görməyə qərar verib.

Yunanıstan Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) edilən şərhdə Rumıniya, Fransa, İngiltərə və Avstriyada qızılca hadisələrinin ani artımına diqqət çəkilib.

Açıqlamada Yunanıstanda 2022 və 2023-cü illərdə qızılcaya yoluxma halının qeydə alınmadığı, 2024-cü ildə isə xaricdə əlaqəsi olan iki nəfərdə qızılca virusunun aşkar edildiyi vurğulanıb.

Açıqlamada bildirilib ki, Səhiyyə Nazirliyi Yunanıstanda qızılca virusunun yayılmasının qarşısını almaq üçün əhalinin peyvəndlənməsinə diqqət yetirəcək xüsusi həkim briqadası yaratmağa qərar verib.

Bəyanatda virusa qarşı ictimaiyyətin maarifləndirilməsinin vacibliyi vurğulanıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR