Bu ölkədə yeniyetmələrə silah təlimləri keçiləcək

DÜNYA
12:36 17.12.2024
129
Polşa Avropanın ən təhlükəsiz ölkələrindən biri hesab edilsə də, Rusiyanın Ukraynaya qarşı müharibəsini gücləndirməsi Polşada narahatlıq yaradır.
 
Bu çərçivədə Polşa hökuməti məktəblərdə silah təlimini məcburi edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu mənada Polşa məktəblilər üçün odlu silah təliminə mandat verən ilk Avropa İttifaqı ölkəsi olub.

Bu təlimlərdə tapança, pnevmatik tüfəng, atıcı silahların surətləri və virtual lazer atış poliqonlarından istifadə olunacaq.
 
Proqramın icra qrafiki məktəblərin infrastruktur vəziyyətindən asılı olaraq dəyişəcək.
 
Polşada odlu silahdan istifadə ilə bağlı təlimlər verən "PM Shooter” adlı şirkət Rusiyanın Ukraynaya təcavüzündən sonra daha əvvəl əlində heç vaxt silahı olmayan bir çox insanın kurslarda iştirak etmək üçün onlara müraciət etdiyini də açıqlayıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR