Bu ölkədən Putinə xəbərdarlıq: “Bura gəlsən, səni həbs edəcəyik”

Bu ölkədən Putinə xəbərdarlıq: “Bura gəlsən, səni həbs edəcəyik”
DÜNYA
14:11 14.04.2023
321
Ukrayna-Rusiya müharibəsi bir ildən artıqdır davam edərkən, Avstriya Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlıq edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avstriya Xarici İşlər Nazirliyi Putinin ölkəyə səfər edəcəyi təqdirdə həbs olunacağını açıqlayıb.

Xarici İşlər Nazirliyi Avstriya Konstitusiyası və Avropa İttifaqı naziri Karolin Edtstadlerin dünən Almaniyanın "Tagesspiegel" qəzetinə verdiyi "Putin Avstriyaya addım atarsa, həbs olunacaq" ifadələri ilə bağlı açıqlama verib. 

Nazirlik Rusiya prezidenti Putinin Avstriyaya səfər edəcəyi təqdirdə həbs olunacağını təsdiqləyib.

Ayşən
OXŞAR XƏBƏRLƏR