ABŞ-da ümummilli səhiyyə rəsmiləri Qərbi Nil virusu yoluxmaları barədə xəbərdarlıq edirlər.
AZXEBER.COM xəbər verir ki, Ayova ştatında Səhiyyə və İnsan Xidmətləri Departamenti bu il Qərbi Nil virusuna yoluxma halının 61-80 yaşlı bir insanda qeydə alındığını açıqlayıb.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatları göstərib ki, bu il ABŞ-da 13 yoluxma baş verib. Bu hallar Oreqon, Arizona, Vayominq, Nebraska, İllinoys, Luiziana, Corciya, Cənubi Karolina və Pensilvaniya ştatlarında qeydə alınıb.
Qeyd edək ki, Qərbi Nil virusuna yoluxma halları yayda başlayan və payıza qədər davam edən ağcaqanad mövsümündə baş verir.
İnfeksiyaya yoluxanların təxminən beşdə birində qızdırma və digər əlamətlər yaranır və yoluxmuş 150 nəfərdən 1-də ağır və bəzən ölümcül xəstəlik inkişaf edir.
Ayşən