Bu ölkələr "Eurovision"un finalına vəsiqə qazandı - SİYAHI

MAQAZİN
01:51 11.05.2022
447

İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

Birinci yarımfinal mərhələsində 17 ölkənin - Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistanın təmsilçiləri çıxış edib. 

Çıxışlar bitdikdən dərhal sonra səsvermə mərhələsi başlayıb. 17 ölkədən ən çox səs toplamış 10 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib. Həmin ölkələr bunlardır: İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli ikinci yarımfinalda - 12 mayda çıxış edəcək

OXŞAR XƏBƏRLƏR