Kiyev tezliklə Almaniya və Böyük Britaniyanın müdafiə sənayesi ilə əməkdaşlıqda istehsal olunan uzaqmənzilli silah sistemlərini alacaq.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Böyük Britaniyanın baş naziri Kir Starmerlə birgə mətbuat konfransı zamanı bildirib.
Almaniya hökumətinin başçısı bildirib ki, o, britaniyalı həmkarı ilə Ukraynaya hərbi yardımla bağlı "ətraflı danışıb”.
"Bu, təkcə hava hücumundan müdafiə ilə bağlı deyil, həm də Ukraynanın özünü uzaqmənzilli sistemlərlə daha yaxşı müdafiə etmək qabiliyyəti ilə bağlıdır. Ukrayna yaxın gələcəkdə bu sahədə, o cümlədən sənaye əməkdaşlığı vasitəsilə əhəmiyyətli əlavə dəstək alacaq", - Merts bildirib.
O əlavə edib ki, bu, "gələcək həftələr və aylarda” baş verməlidir.