Bu ölkələrdə hər 4 kişidən biri qadınları zorlayır

DÜNYA
21:00 11.09.2013
1777

BMT mütəxəssisləri altı Asiya ölkəsində zorlama mövzusu ilə bağlı miqyaslı araşdırma aparıblar.

AZXEBER.COM BBC-yə istinadən xəbər verir ki, onlar anonim olaraq 10 min kişini sorğulayıblar və nəticələr şokedici olub. Ən “firavan” ölkələrdə hər onuncu respondent daimi məşuqəsi olmayan qadını zorladığını etiraf edib. Bəzi ölkələrdə daha acınacaqlı vəziyyət yaranıb.Papua – Yeni Qvineyada kişilərin 60 faizi etiraf edib ki, qadınları zor gücünə onlarla sekslə məşğul olmağa məcbur ediblər. Kamboca, Çin və İndoneziyada kişilərin 20 faizdən 50 faizə qədəri qadınları zorladıqlarını boyunlarına alıblar. Banqladeş və Şri-Lankada vəziyyət bir qədər yaxşıdır: kişilərin təqribən 10 faizi qadınları seksə məcbur ediblər. Məsələnin xüsusilə acınacaqlı tərəfi ondan ibarətdir ki, cinayətlər tez-tez qohumlar arasında törədilir.Təcavüz edənlərin ¾ bildirib ki, cinayəti öz hüquqlarından çıxış edərək törədiblər. Onlar qadının razılığı olmadan onunla sekslə məşğul olmağı normal hesab ediblər. Onların fikrincə, zorlama hirsin soyudulması və ya üzüntüdən xilas olmaq üsulu və ya cəza formalarından biridir.Məqalə müəllifləri “Lancet Global Health” jurnalında qeyd edirlər ki, bu göstəricilər bütün Asiya-Sakit okean regionu üçün təsəvvür yaratmağa imkan verməsə də, respondentlərin seçimi ümumi demoqrafik vəziyyəti təsəvvür etməyə imkan verir.

OXŞAR XƏBƏRLƏR