Bu ölkələrdə saxta dərmanlar satılır: 349 nəfər həbs edildi

Bu ölkələrdə saxta dərmanlar satılır: 349 nəfər həbs edildi
DÜNYA
14:50 20.12.2022
205
Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyası ilə 28 ölkədə keçirilən "saxta dərman” və "dopinq maddəsi” əməliyyatlarında 349 nəfərin saxlanıldığı, 10,5 milyondan çox saxta məhsulun müsadirə edildiyi bildirilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Europoldan verilən yazılı açıqlamada, 2022-ci ilin aprel-oktyabr ayları arasında saxta dərman və dopinq maddəsi istehsal edən 59 cinayət təşkilatına qarşı keçirilən əməliyyatlarda 349 nəfərin saxlanıldığı bildirilib.

Əməliyyatlar zamanı bazar dəyəri 40 milyon avro olan 10,5 milyon saxta dərman və dopinq maddəsinin müsadirə edildiyi qeydə alınıb.

Narkotiklərin istehsal edildiyi 10 qeyri-qanuni laboratoriyanın bağlandığı əməliyyatlarda 1 milyon saxta Covid-19 testinin ələ keçirildiyi də bildirilib.

Avropa Qaçaqmalçılıqla Mübarizə Ofisi (OLAF), Ümumdünya Antidopinq Agentliyi (WADA) və Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəklədiyi əməliyyatlarda Avropa İttifaqına üzv 19 ölkənin təhlükəsizlik qüvvələri ilə yanaşı, Albaniya, Bosniya-Herseqovina , Kolumbiya, Gürcüstan, İslandiya, Şimali Makedoniya, Serbiya, İsveçrə və ABŞ-ın təhlükəsizlik bölmələrinin də iştirak etdiyi və bu ölkələrdə 195 məhkəmə araşdırmasının aparıldığı paylaşılıb.
 
Avropada saxta dərmanların getdikcə daha çox sosial problemə çevrildiyini bildirən Europol, sözügedən cinayətin törədilməsindən əldə edilən gəlirin narkotik ticarətindən əldə edilən gəlirə yaxın olduğuna diqqət çəkib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR