Bu ölkələrin baş nazirləri Zelenski ilə görüşmək üçün Kiyevə gedirlər

Bu ölkələrin baş nazirləri Zelenski ilə görüşmək üçün Kiyevə gedirlər
DÜNYA
12:06 15.03.2022
301
Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevə yola düşüblər.

AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, bu barədə  Polşa hökumətinin başçısının ofisi məlumat yayıb.

"Mateuş Moravetski, Piotr Fiala və Janez Yanşa, həmçinin Polşa Baş nazirinin təhlükəsizlik üzrə müavini, hakim Hüquq və Ədalət Partiyasının lideri Yaroslav Kaçinski Kiyevə yola düşürlər. Səfərin məqsədi bütün Avropa İttifaqının Ukraynanın suverenliyi və müstəqilliyinə birmənalı dəstəyini təsdiqləmək, həmçinin Ukrayna dövlətinə və cəmiyyətinə geniş dəstək paketini təqdim etməkdir", - deyə  qeyd olunub.

Bildirilir ki,  Avropa Şurasının nümayəndələri kimi onlar Ukrayna prezidenti Vladimir Zelenski və Ukraynanın baş naziri Denis Şmıqalla görüşəcəklər.

Qeyd olunur ki, bu səfər barədə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin vasitəçiliyi ilə beynəlxalq ictimaiyyət məlumatlandırılıb.

Bu, fevralın 24-də Rusiyanın Ukraynaya silahlı təcavüzü başlayandan bəri bu səviyyəli beynəlxalq qonaqların Kiyevə ilk səfəridir.
OXŞAR XƏBƏRLƏR