Bu ölkələrin əhalisi 2021-ci ildə 1 milyon nəfər azalıb

Bu ölkələrin əhalisi 2021-ci ildə 1 milyon nəfər azalıb
DÜNYA
13:35 30.12.2022
278
Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərə görə, Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan ölkələrin ümumi əhalisi 2021-ci ildə əvvəlki ilə nisbətən bir milyon azalıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Körfəz Əməkdaşlıq ölkələrində ümumi əhali 2021-ci ildə əvvəlki ilə nisbətən 1 milyon nəfər azalıb.

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan ölkələrdə 2021-ci ildə ümumi əhali əvvəlki ilə nisbətən bir milyon azalıb.

Səudiyyə Ərəbistanı mətbuatında yer alan xəbərə görə, GCC Statistika Mərkəzinin dərc etdiyi illik hesabatda 2020-ci ildə 57,4 milyon olan Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin ümumi əhalisinin 2021-ci ildə 56,4 milyon nəfərə endiyi bildirilib.

Hesabatda 2017-2021-ci illər arasında Körfəz Əməkdaşlıq Şurası ölkələrində əhalinin ümumi artımının 1,5 milyon nəfər, əhalinin illik orta artım tempinin isə 0,7 faiz olduğu bildirilir.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR