Bu ölkənin prezidenti öldü

DÜNYA
11:11 29.10.2014
1195
Zambiya prezidenti ölüb. AZXEBER.COM-un məlumatına görə, Maykl Sata Londonda keçinib.Bu barədə məlumat adıçəkilən ölkənin mətbuatına istinadla yayılıb.Hələlik xəbərlə bağlı rəsmi məlumat daxil olmayıb. Satanın hansı xəstəlikdən müalicə edildiyi də qeyd edilmir.Qeyd edək ki, M.Sata sentyabrın sonunda Nyu Yorkdakı xəstəxanalardan birinə yerləşdirilmişdi. O, BMT-nin Baş Assambleyasının iclasında çıxış etməli idi. Lakin o iclasa qatıla bilməyib.Bu ilin iyun ayında isə o İsraildəki xəstəxanalardan birində müalicə alıb. Prezident bir ay orada müalicə edilib. Bəzi məlumatlara görə, Sata 2008-ci iləd infarkt keçirib. 2011-ci ildəki 6 həftəlik seçkiqabağı kampaniya da onun səhhətinə mənfi təsir etmişdi.
OXŞAR XƏBƏRLƏR