'Bu ölkənin rəhbəri sıradan bir insan deyil, İlham Əliyev kimi ciddi bir şəxsiyyətdir' - Elşən Musayev

MAQAZİN
14:10 02.04.2013
1720
Elşən Musayev: “Siyasi klounluq etməkdənsə, Baş Prokurorluğun müraciətində göstərilən və sadalanan faktlara münasibət bildirmək lazım idi”Ötən həftə Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib. Müraciətdə bildirilib ki, MDİ-nin ölkəmizdəki nümayəndəliyi fəaliyyəti dövründə Azərbaycan qanunlarını pozaraq qrantlar paylayıb, hesabat dövrü başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verib. Həmçinin nümayəndəliyin rəhbəri Alekseys Qriqoryevs Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitini istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric edib. Baş verən hadisəyə müxtəlif qeyri hökumət təşkilatı (QHT) rəhbərləri, millət vəkilləri münasibət bildirərək, MDİ-nin Bakı nümayəndəliyinin rəhbərinin bu addımlarını tənqid ediblər. Hətta onlar arasında bəziləri MDİ-nin bağlanması təklifi ilə də çıxış ediblər. Bildirilib ki, Baş prokurorluğun araşdırmaları “rəngli inqilablar” üzrə ixtisaslaşan təşkilatın ölkəmizdə qeyri-şəffaf və qanunsuz fəaliyyətini sübut edib. Bu dəfə isə qeyd edilən məsələ ilə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev cavablandırır.- Elşən müəllim, Baş prokurorluğun MDİ-nin Azərbaycandakı nümayəndəsinin fəaliyyəti barədə ABŞ səfirliyinə müraciət etməsinə münasibətiniz necədir?- Öncəliklə qeyd edim ki, Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəsinin və ümumilikdə nümayəndəliyin fəaliyyəti ilə bağlı ziddiyyətlər bir müddətdir ki müzakirə mövzusuna çevrilib. Bu da təsadüfi deyil. O mənada təsadüfi deyil ki, təşkilatın son dönəmlər sərgilədiyi və istiqamət götürdüyü xəttin onun təyinatına zidd olması haqda yetərincə dəlillər və faktlar aşkarlanıb. Hansı ki, son dönəmlər mətbuat gündəmini də zəbt edən əsas manşet mövzularından biridir. Bu kontekstdə Eynulla Fətullayevin irəli sürdüyü ittihamlardan tutmuş Baş Prokurorluğun həmin təşkilatın nümayəndəliyinə göndərdiyi sorğuya qədər bir sıra məsələləri qeyd etmək olar. Amma diqqət edin, bütün bu proseslərin fonunda cavab verməli olan tərəf ya susur, ya da bir az loru dillə desək hətərəm-pətərəm, rabitəsiz açıqlamalar verərək, maksimum şəkildə mövzudan yayınmağa çalışır. Ələlxüsus da bu fonda Milli Demokratiya İnstitutunun təmsilçisi Alekseys Qriqoryevsin arqumentləri heyrətedicidir. Və ya belə deyək, bu insanın söylədiyi hər fikir özünüifşanı sanki bir az da sürətləndirir. Ortada cövlan edən və tam təfsilatlı araşdırma nəticələri isə cavabsız qalır. Baş Prokurorluğun ünvanladığı müraciət ətrafında siyasi ajiotaj yaratmaq cəhdi və məsələdən sükutla yayınma istəyi də bununla bağlıdır. Hərçənd ki, siyasi klounluq etməkdənsə həmin müraciətdə göstərilən və sadalanan faktlara münasibət bildirmək lazım idi. Bu münasibət isə olmadı və ya oldusa da qənaətbəxş olmadı.- Sizcə, beynəlxalq təşkilatların Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək adı altında təxribatçı fəaliyyətlə məşğul olmaları nə dərəcədə düzgündür?- Beynəlxalq təşkilatların hər birinin öz nizamnaməsi və Beynəlxalq Konvensiyaların müddəaları ilə tənzimlənən təyinatı var. Onlar istəsələr belə həmin təyinatdan çıxa bilməzlər. Çünki bütün dünyada bərqərar olan ümumbəşəri prinsipləri tapdalamamağa, pozmamağa məhkumdurlar. Yox, əgər bunun əksi baş verərsə, o zaman həmin fəaliyyətin mənbəyindən tutmuş daha sonrakı mərhələlərə qədər bütün koordinasiya pozulacaq, mexanizm itəcək. Belə olduğu halda isə nə hansısa məqsəd-məramdan, nə də fəaliyyət istiqamətindən dəm vurmaq olmaz. Ayrıca, qeyd edim ki, zaman-zaman beynəlxalq aləm, ələlxüsus da fövqəl dövlətlər beynəlxalq təşkilatların kölgəsi ilə siyasi mənzərədə öz dəsti xətlərini diktə etməyə, ya da öz maddi məqsədlərini yönləndirməyə çalışıblar. Əgər xatırlayırsınızsa, illər öncə Azərbaycanın işğal olunmuş ərazisində - Kəlbəcərdə qızıl yataqlarının müəyyən olunması və istismarı ilə bağlı beynəlxalq təşkilatın layihəsi qeydə alınmışdı. Azərbaycan tərəfi məsələyə müdaxilə etdiyində bəlli oldu ki, bu təşkilat Amerika qeydiyyatı daşıyır. Amma sonucda qarşı tərəf məsələdən bu cür yayındı ki, o təşkilat QHT statusundadır, onlar müstəqildir, öz fəaliyyətlərini özləri müəyyən edir və sair. Yəni dediyim budur ki, hansısa beynəlxalq güc ixtiyar bir məsələ ilə bağlı fəaliyyət istiqaməti götürdükdə, bunu beynəlxalq təşkilatların adı ilə anındaca malalaya bilir. Və bu dediyim 70-ci illərdən üzü bəri gələn diplomatik presidentdir.- Ümumiyyətlə, xarici dövlətlərin bu kimi yollarla başqa ölkələrin daxili işlərinə müdaxilə etməsinə necə baxırsınız?- Hər hansı bir dövlətin digər dövlətin daxili işlərinə qarışması qanunla qadağan edilən normadır. Bunu biz demirik, beynəlxalq hüquq deyir. O beynəlxalq hüquq ki, fövqəl dövlətlərin əlində əsir-yesir olub. Dediyiniz məsələ isə həmin beynəlxalq hüququn 1975-ci il BMT tərəfindən qəbul olunan və eyni zamanda bütün dünya dövlətlərinin fəaliyyət prinsipinə şamil edilən ana prinsiplərindən biridir.- Bəzi beynəlxalq təşkilatların bir sıra ölkələrdə baş verən inqilablarda iştirakı ilə bağlı da məlumatlar var. Siz bu kimi fikirləri bölüşürsünüzmü?- Həmin təşkilatlar müəyyən məsələlərdə təkamül, sıçrayış rolunu oynaya bilərlər. Amma konkret olaraq inqilab zümrəsini yaratmaqda və inqilabi proseslərdə espisentr kimi çıxış etməkdə düşünürəm ki, acizdirlər. Hərçənd, maksimum şəkildə öz fövqəl obrazlarını və sanki dünyanın bunlarla hesablaşmalı olduğu görüntüsünü yaratmağa çalışırlar. Fəqət anlamırlar ki, inqilab siyasi meydandan öncə beyinlərdə yetişir. İnqilabın yetişməsi üçün kifayət qədər komponentlərin mövcudluğu gərəkdir.- Bəs, bu cür təşkilatlar Azərbaycanda da öz məqsədlərinə nail ola bilərlərmi?

OXŞAR XƏBƏRLƏR