Bu ölkəyə gedənlərə şad xəbər: Turist vizası ilə gedənlər işə düzələ biləcəklər

Bu ölkəyə gedənlərə şad xəbər: Turist vizası ilə gedənlər işə düzələ biləcəklər
DÜNYA
13:07 20.06.2023
2045
Almaniyada ixtisaslı işçilərin miqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan qanunvericiliyə düzəliş bu həftə parlamentdə müzakirə olunacaq. Əsasnaməyə görə, Almaniyaya turist vizası ilə gedənlər iş tapdıqları təqdirdə ölkəsinə getmədən iş icazəsi ala biləcəklər.

AZXEBER.COM xəbər verir ki, Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası (FDP) parlament qrupunun sədrləri Katya Mast, İrene Mihaliç və Yohannes Vogel verdiyi açıqlamada qanun layihəsinin bu həftə parlamentdə səsverməyə çıxarılacağını bildirib.

Martın 29-da Nazirlər Şurası Əmək və Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsini qəbul edərək parlamentə göndərib.

Martın 29-dan etibarən sığınacaq üçün müraciət etmiş şəxslər iş tapdıqları təqdirdə məşğulluq bazarına daxil ola biləcəklər.

Almaniyaya turist vizası ilə gələnlər iş tapdıqları təqdirdə ölkəsinə getmədən iş icazəsi ala biləcəklər.

Daxili işlər naziri Nensi Faeser deyib: "Bu, bizim rifahımızı, biznes mərkəzi kimi güclü Almaniyanı və müasir immiqrasiya ölkəsini təmin etmək üçün çox yaxşı xəbərdir. Bu yolla biz daxili potensialdan daha yaxşı istifadə etməyi və iqtisadiyyatımızın illərdir təcili ehtiyac duyduğu ixtisaslı kadrları gətirməyimizi təmin edəcəyik”. 

Ayşən
OXŞAR XƏBƏRLƏR