Argentinada 28 saat fasiləsiz yağan qar onlarla avtomobili yolda qoyub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, qışın yaşandığı ölkədə qar fırtınası təsirli olub.
Ölkənin xizək bölgəsi Las Lenasda 28 saat qar yağıb. Güclü yağış səbəbindən bağlanan avtomobil yolları tikinti texnikası ilə açılmağa çalışılıb.
Los Mollesdən Las Lenasa qədər olan ərazi qardan ən çox təsirlənsə də, xizək zonası olan Las Lenasa getməmək barədə xəbərdarlıq edilib.
Meteorologiya idarəsindən verilən açıqlamada güclü qarın davam edəcəyi bildirilib.
Mikayıl