Yaponiyada güclü qar yağması səbəbindən bir çox avtomobil şəhərlərarası yollarda qapalı qalıb, daxili reyslər və qatar reysləri ləğv edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, dünən gecədən etibarən Yaponiyanın müxtəlif bölgələrinə yağan güclü qar həyata mənfi təsir edib.
Osaka və Naqoya şəhərlərini birləşdirən Meişin Ekspress yolunda onlarla avtomobil hərəkətsiz qalarkən, təxminən 5 kilometrlik avtomobil növbəsi yaranıb.
Şiqa, Kyoto və Hyoqo əyalətlərində güclü qarın yol nəqliyyatının təsirləndiyi bildirilərkən, Niiqata əyalətində Kan-Etsu şosesində yük maşınının avtobusla toqquşması nəticəsində 10 nəfərin yaralandığı bildirilib.
Güclü qar hava və dəmir yolu nəqliyyatında da aksamalara səbəb olub. Hokkaydo əyalətindəki Vakkanai hava limanı ilə Toyama əyalətindəki Toyama hava limanı arasında planlaşdırılan ən azı 13 reysin ləğv edildiyi açıqlanıb.
Yaponiya Meteorologiya Agentliyi (JMA) ölkəyə təsir edən soyuq dalğanın sabah geniş ərazilərdə qar yağmasına səbəb olacağı barədə xəbərdarlıq edib.
Mikayıl