Müğənni Natavan Həbibi makiyajsız fotosunu yayımlayıb.
AZXEBER.COM xəbər verir ki, makyajsız fotosunu sosial şəbəkədə paylaşan müğənni heç bir əməliyyat etdirmədiyini bildirib: “Bu şəklimi bu yay çəkmişdim, bir daha paylaşmağımın səbəbi odur ki, bəzilərinə faktiki cavabım olsun. “Natavan niyə yalan deyirsən, estetik əməliyyat etdirmisən"- kimi yazanlar üçün makyajsız halımı paylaşıram. Makyaj və rəngli linzalar görünüşümü dəyişdirirsə, o normal bir haldır. Ümumiyyətlə yalanla aram yoxdur. Kimsədən qorxmuram ki, nəisə də gizlədim. Estetik əməliyyat etdirsəm, deyərəm. Əməliyyat etdirənlərə pis baxmıram.”.

