Bu malların ölkəyə gətirilməsi qadağan olunur - Qiymətlər bahalaşacaq?

Bu malların ölkəyə gətirilməsi qadağan olunur - Qiymətlər bahalaşacaq?
SOSİAL
14:44 08.09.2023
1974
Son günlər sosial mediada pirat və kontrafakt olan malların ölkə ərazisinə girişinin qadağan olunduğu ilə bağlı məlumatlar yayılıb.

AZXEBER.COM xəbər verir ki, trend məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayıb.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçıların hüquqlarının və əhalinin sağlamlığının müdafiəsi, əqli mülkiyyət hüquqlarının qorunması, habelə pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması məqsədilə gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulan tədbirlər həyata keçirilir:

"Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər".

Komitədən qeyd edilib ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.Bəs pirat malların ölkə ərazisinə gətirilməsinə qadağa qoyulması qiymətlərin bahalaşmasına səbəb ola bilər?
Bu barədə sualları cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, ümumiyyətlə, əqli mülkiyyət hüququnun pozulması, bir brendə məxsus məhsulların nüsxəsinin yaradılaraq alıcılara təqdim olunması yalnızca həmin müəlliflərin hüququnu pozmur, eyni zamanda, istehlakçıların hüququnu pozur, onları birbaşa aldadır.

"Təbii ki, bu, yolverilməzdir. Amma təəssüf ki, bütün dünyada bu başlıca problemlərdəndir. Dünyanın aparıcı alimləri arasında belə digər alimin əqli mülkiyyətinə aid məhsullar mənimsənilərək, öz adlarından təqdim edilir. Piratçılıq bəşəri problemdir və bunun qarşısını kimsə ala bilməz.Sadəcə olaraq, mübarizə bu prosesi müəyyən qədər səngidir. Amma bu, qiymət bahalaşmasına gətirib çıxaracaqmı?

Bu suala tam olaraq "hə" və ya "yox" cavabı verilə bilməz. Ona görə ki, elə məhsullar olacaq ki, onun pirat versiyaları tamamilə dayandırlacaq və bu zaman orijinal versiyaların qiyməti qalxacaq. Elə məhsullar da olacaq ki, onun oxşarının tamamilə qarşısının alınması mümkün olmayacaq və bu halda ciddi qiymət artımı müşahidə edilməyəcək", - deyə ekspert bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb
14:16 02.08.2026
Ermənistanın Baş naziri postuna yenidən Nikol Paşinyanın namizədliyi irəli sürülüb
Dərədə köməksiz qaldı - FHN xilas etdi
14:12 02.08.2026
Dərədə köməksiz qaldı - FHN xilas etdi
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
14:03 02.08.2026
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
13:50 02.08.2026
Şəkidə elektrik cəryanının vurduğu kişi yanaraq ölüb
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
13:42 02.08.2026
Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatıb
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
13:37 02.08.2026
Gəncədə 3 mərtəbəli evdə yanğın oldu - Fotolar
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
13:20 02.08.2026
Moskvada restoranda partlayış - Hədəf Baş Komandan olub
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu - VIDEO
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid - VIDEO
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO