Bu marşrut xətti “Xaliq Faiqoğlu”na verildi

SOSİAL
15:17 27.01.2025
128
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsini "Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 170 nömrəli avtobus marşrutu üzrə müsabiqənin qalibini müəyyən edib.

AZXEBER.COM AYNA-ya istinadən xəbər verir ki, 170 nömrəli marşrut üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu” MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Yaxın günlərdə xətt üzrə avtobusların yenilənməsi və 170 saylı xətdə hazırda mövcud olan nağd ödəniş sisteminin əvəzinə elektron ödənişin tətbiq ediləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR