Bu maşınlar kütləvi şəkildə ordu üçün müsadirə olunur - Əvəzində pul verilməlidir

Bu maşınlar kütləvi şəkildə ordu üçün müsadirə olunur - Əvəzində pul verilməlidir
SOSİAL
11:10 22.09.2020
17135
Dövlət Yol Polisi tərəfindən yollarda hərəkət edən yüksək keçidli minik avtomobilləri saxlanılır. Maşınlar vətəndaşlardan müsadirə edilərək cərimə meydançasına aparılır.

BAKU.WS xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə yazırlar. Kamran Məmmədov adlı vətəndaş "Facebook” səhifəsində yazıb ki, Qax yolunda DYP əməkdaşları maşınları səfərbərlik adı ilə müsadirə edirlər.

O bildirib ki, yol polisi əməkdaşları vətəndaşların şəxsi ov maşınlarını, "Gelandewagen”, "Niva” və digər yüksək keçidli minik avtomobillərini müsadirə edib. Kamran Məmmədov vurğulayıb ki, qayınatasının bağışladığı "Toyota” markalı, 99 DK 066 dövlət nömrə nişanlı yüksək keçidli minik avtomobili əlindən alınıb.

 

 

Vətəndaşların hərbdə istifadə oluna biləcək avtomobilləri alına bilər - Qanun nə deyir?

Ekspertlər isə bildirirlər ki, səfərbərlik dövründə belə avtomobillərə tələbat yüksək olduğu üçün polis onları müsadirə edə bilər.

Ərşad Hüseynov "Facebook” səhifəsində yazıb ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətəndaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur.

"Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur”, - deyə ekspert bildirib.

Ərşad Hüseynovun sözlərinə görə, ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur”:

"Azərbaycan Respublikasının 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş "Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb.

Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib.

Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var.

Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha şox "UAZ”, "NİVA”, müxtəlif pikaplar, "URAL”, "Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır...”

Ekspert deyir ki, vətəndaşlar bundan heç də narahat olmamalıdır:

"Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir.

Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır”.

Qeyd edək ki, digər detallar da qanunvericilikdə təsbit edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirildi ki, hələlik bu barədə məlumat yoxdur. Rəsmi məlumat olan kimi ictimaiyyətə çatdırılacaq.
 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
11:21 02.11.2026
Bakıda sökülən evlərə görə ağaclar, zirzəmi, hasarlara da pul verilir
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
11:14 02.11.2026
İşsiz qalanların kreditləri bağlana bilər - Yeni mexanizm hazırlanır
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
11:09 02.11.2026
“Toxta”, yoxsa “Stop”? – Ekspertdən deputatın təklifinə sərt CAVAB: “Ölkədə bundan ciddi problemlər var”
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
11:08 02.11.2026
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
11:05 02.11.2026
Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
10:47 02.11.2026
Noyabrın 6-dan 30-dək davam edəcək - Əhalinin diqqətinə!
Qurban Bayramov vəfat etdi
10:39 02.11.2026
Qurban Bayramov vəfat etdi
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
10:37 02.11.2026
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
10:32 02.11.2026
Beyləqanda ustanı elektrik cərəyanı vuraraq öldürülüb
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
10:28 02.11.2026
Taker Karlson: ABŞ yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
10:18 02.11.2026
DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
10:11 02.11.2026
Qaytarıla bilməyən kreditlər bağlanacaq
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
10:03 02.11.2026
KİV: İsrailin müdafiə qurumları İranın ABŞ obyektlərinə hücum ehtimalı ilə bağlı hazırlıq vəziyyətinə gətirilib
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
09:57 02.11.2026
Novxanıda qəza: 5 nəfər xəsarət aldı
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
09:55 02.11.2026
Milli Müdafiə Universitetinin rektoru Gündüz Əbdülov ABŞ-yə səfər edib
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır
09:50 02.11.2026
Bu ölkədə “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır