Bu maşınlara tələbat artdı - Açıqlama

Bu maşınlara tələbat artdı - Açıqlama
SOSİAL
22:51 07.09.2026
651
İyul ayında ucuz və orta qiymətli avtomobillərə marağın artması, premium modellərə tələbin azalması alıcı davranışında dəyişiklik olduğunu göstərir.

Bəs bu tendensiya alıcılıq qabiliyyətinin zəifləməsindən xəbər verir, yoxsa vətəndaşlar daha rasional seçim etməyə başlayıblar?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən avtomobil şirkətlərinin rəsmi nümayəndəlikləri, dilerləri və distribütorları müəyyən çətinliklərlə üzləşirlər. 

Onun sözlərinə görə, burada əsas məsələlərdən biri bazarda rəsmi kanallarla gətirilən avtomobillərlə fərdi qaydada idxal olunan avtomobillər arasında yaranan qiymət fərqidir:

"Çindən zəmanətsiz, Azərbaycan bazarı üçün nəzərdə tutulmayan və fərqli standartlara uyğun avtomobillərin "ikinci əl avtomobil” adı ilə ölkəyə gətirilməsi, daha sonra isə Azərbaycanda faktiki olaraq yeni avtomobil kimi satışa çıxarılması rəsmi diler və distribütorların fəaliyyətinə ciddi təsir göstərir. Eyni marka və model olsa da, bu avtomobillərin komplektasiyası, texniki göstəriciləri, təhlükəsizlik standartları, proqram təminatı və digər xüsusiyyətləri fərqli ola bilər.

Digər tərəfdən, rəsmi dilerlərin satdığı avtomobillərdə zavod zəmanəti, texniki xidmət, ehtiyat hissələrinin təminatı və satışdan sonrakı servis imkanları mövcuddur. Fərdi qaydada gətirilən avtomobillərdə isə bu təminatlar ya ümumiyyətlə olmur, ya da məhdud olur. Təbii ki, istehlakçı ilk növbədə avtomobilin qiymətinə baxdığı üçün daha ucuz təkliflərə üstünlük verə bilir. Nəticədə rəsmi şəkildə gətirilən, zəmanətli və standartlara cavab verən avtomobillərin satışında müəyyən çətinliklər yaranır.

Burada əsas problem ondan ibarətdir ki, bazarda eyni marka və model avtomobilin müxtəlif mənbələrdən və fərqli şərtlərlə satışa çıxarılması qiymət rəqabətini də dəyişir. Rəsmi diler avtomobilin idxalından tutmuş servis xidmətinə qədər bir sıra xərcləri öz üzərinə götürür. Fərdi idxalçı isə eyni xərclərin hamısını daşımadığı üçün avtomobili daha aşağı qiymətə təklif edə bilir. Bu isə rəsmi satış kanalları üçün ciddi rəqabət problemi yaradır.

Digər mühüm məqam isə yeni hibrid və elektromobillərlə bağlı güzəştlərin müddətinin başa çatmasıdır. Artıq bu avtomobillərin idxalı və satışı zamanı əvvəlki güzəştlərin olmaması onların son qiymətinə təsir göstərir. Nəticədə yeni avtomobil almaq istəyən vətəndaşın qarşısında daha yüksək qiymət formalaşır. Bu da müəyyən istehlakçı qrupunun daha münasib qiymətə ikinci əl avtomobillərə və ya fərdi qaydada gətirilən avtomobillərə yönəlməsinə səbəb ola bilər.

Belə bir vəziyyət avtomobil parkının yenilənməsi prosesinə də təsirsiz ötüşmür. Çünki yeni avtomobillərin qiyməti artdıqca və istehlakçının seçim imkanları dəyişdikcə köhnə avtomobillərə maraq yenidən arta bilər. Bu isə uzunmüddətli perspektivdə avtomobil parkının yaşlanması baxımından müəyyən risklər yaradır”.

Eldəniz Cəfərov əlavə edib ki, hazırda bazarda iki istiqamətdə marağın artdığını görmək mümkündür:

"Bir tərəfdən daha aşağı qiymətə ikinci əl avtomobillərə, digər tərəfdən isə fərdi qaydada xaricdən, xüsusilə də Çindən gətirilən və rəsmi zəmanəti olmayan avtomobillərə tələbat formalaşır. Bu tendensiya davam edərsə, rəsmi dilerlərin bazardakı payına və yeni avtomobil satışlarının dinamikasına təsir göstərə bilər.

Ona görə də məsələyə yalnız avtomobilin qiyməti prizmasından yanaşmaq düzgün deyil. İstehlakçı avtomobil alarkən onun hansı bazar üçün istehsal edildiyini, zəmanətinin olub-olmadığını, texniki xidmət imkanlarını, ehtiyat hissələrinin əlçatanlığını və təhlükəsizlik standartlarına uyğunluğunu da nəzərə almalıdır. Əks halda, ilkin mərhələdə daha ucuz görünən avtomobil sonradan servis və texniki problemlər səbəbindən istehlakçı üçün daha böyük xərcə çevrilə bilər.

Nəticə etibarilə, hazırda avtomobil bazarında həm qiymət, həm idxal, həm də satış kanalları baxımından müəyyən dəyişikliklər gedir. Rəsmi dilerlər bir tərəfdən fərdi idxalla, digər tərəfdən isə yeni avtomobillərin bahalaşması ilə rəqabət aparmalı olurlar. Bu prosesin avtomobil parkının yenilənməsinə və istehlakçıların seçimlərinə təsiri isə qarşıdakı dövrdə daha aydın görünəcək”, - deyə ekspert fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
21:28 06.10.2026
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
21:24 06.10.2026
Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına məhdud hərbi kontingent göndərəcək
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
21:16 06.10.2026
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - VİDEO
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
21:09 06.10.2026
Aİ təmsilçiləri sabah Rusiyaya qarşı yeni və genişmiqyaslı sanksiyaları təsdiqləməyə hazırlaşır
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
21:02 06.10.2026
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək
Fransanın səfiri İran XİN-ə çağırılıb
20:57 06.10.2026
Fransanın səfiri İran XİN-ə çağırılıb
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
20:51 06.10.2026
Fransa DİN: Etirazlarda 256 min nəfər iştirak edib
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
20:45 06.10.2026
Pezeşkian ilk dəfə Türkmənistanda MDB dövlət başçılarının iclasında iştirak edəcək
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək
20:40 06.10.2026
Makron məktəblilərin etirazları ilə bağlı təcili müşavirə keçirəcək