AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu Rusiya ilə oyunda heç-heçə hesabına görə Azərbaycan yığma komnadasının futbolçularına iri məblğdə pul mükafatı verilməsi haqda bəzi KİV-lərin məlumatlarını birmənalı olaraq təkzib edib.
“Bu matçla bağlı ümumiyyətlə mükafat verilməyib” deyə AFFA-nın mətbuat katibi "Turan"a bildirib.
Xatıarladaq ki, oyun 1:1 hesabı ilə başa çatıb və bu nəticə 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının finalına çıxmaq üçün Rusiyanı qane edirdi.