Duzdan çox istifadə etmək vaxtından əvvəl ölüm riski yaradır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ alimlərinin apardığı araşdırmada duzdan tez-tez istifadənin vaxtından əvvəl ölümlə əlaqəli olduğu açıqlanıb.
Luiziana ştatının Tulane Universitetinin tədqiqatçıları qeyd ediblər ki, qidaya tez-tez duz əlavə edilməsi ürək-damar xəstəlikləri, insult, ürək-damar xəstəliyi və ya xərçəng kimi səbəblərdən vaxtından əvvəl ölümlə əlaqələndirilir.
Araşdırmanı aparan alimlər bildiriblər ki, apardıqları araşdırmalar nəticəsində duzdan tez-tez istifadə 18474 nəfərin vaxtından əvvəl ölümünə səbəb olub.
Ayşən