Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayül tədris modelinin tətbiq olunduğu Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ilk məzunlarından 124 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.
AZXEBER.COM Manset.az-a istinadən xəbər verir ki, məktəbin 6 sinfi maksimum nəticə göstərib. Məzunların hamısı tələbə adını qazanıb.
Qeyd edək ki, Lənkəran şəhəri Rövşən Bədəlov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbi üçün yeni tədris binası inşa edilib. Sentyabrın 15 -də fəaliyyətə tam hazırdı.