Xəbər verdiyimiz kimi, YAP-ın İdarə Heyəti Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın namizədlərini elan edib.
AZXEBER.COM xəbər verir ki, hakim partiyanın namizədləri arasında məktəb direktoru da var.
27 saylı Sabunçu ikinci seçki dairəsindən namizəd olan Qasımova Səbinə Məmmədağa qızı təhsil sektorundandır. O, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı məktəbin direktorudur. 1986-cı il təvəllüddü namizəd Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən pedaqoji sahədə səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə və müəllim günü münasibətilə fəxri fərmanla təltif olunub.