Bu məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi artırılır - Siyahı

Bu məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi artırılır - Siyahı
SOSİAL
23:04 10.01.2019
3933
Bakı Nəqliyyat Agentliyi orta məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər davam etdirir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, orta məktəblərin ətrafında piyada zolaqları yenilənir: "Təkcə son bir ayda daxil olan vətəndaş müraciətləri və aparılan təhlillər nəticəsində 30-dan artıq orta məktəbin ətrafında piyada zolaqları yenilənib. Bununla yanaşı, 7, 8, 18, 23, 46, 160 nömrəli orta məktəblərin və Elitar Gimnaziyanın ətrafında yol hərəkətinin təhlükəsizliyinin artırılması ilə bağlı layihə hazırlanıb. Bu il ərzində icra ediləcək layihələrin reallaşması nəticəsində qeyd edilən təhsil müəssisələrinin ətrafında yol hərəkəti yaxşılaşdırılacaq, piyadaların, xüsusilə, uşaqların təhlükəsizliyinin təmin edilməsinə imkan verən zəruri infrastruktur təşkil ediləcək”.

M.Ağayev deyib ki, hazırda Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən digər məktəb binalarının ətrafında da təhlillər aparılır: "Xatırladaq ki, analoji tədbirlər pilot layihə olaraq ötən il 189-190 nömrəli orta məktəbin ətrafında icra edilib. Məktəb binasının ətrafında sürət həddi 30 km/saata endirilib, bəzi küçələrdə parklanma ləvğ edilib, piyadaların, xüsusən də şagirdlərin təhlükəsizliyi üçün səkilərdə dəmir məhəccərlər quraşdırılıb. Yeni piyada keçidləri təşkil edilərək panduslar inşa edilib. İlk dəfə olaraq hərəkətin təhlükəsizliyinin artırılması nəzərə alınaraq yolda xüsusi nişanlanma işləri (Yavaş məktəb) də görülüb”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir