‘Bu məlumatı yayanlar da dövləti sevməyən şəxslərdir’

SİYASƏT
12:30 16.04.2014
1251

Gəncə şəhər Kəpəz rayonu icra başçısının müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev adının nurçuluqda hallanması barədə yayılan məlumatlara münasibət bildirib.

N.Həmzəyev nurçu olması barədə yazılanları cəfəngiyat adlandırıb: "Nurçuluqla bağlı mənim də adımı yazırlar. Yazıblar ki, mən Türkiyədə təhsil almışam və sairə. Mən təkcə Türkiyədə deyil, həm də Bakı Dövlət Universitetində, Almaniya, Rusiya və Portuqaliyada da təhsil almışam. Heç bunları yazan yoxdur, ancaq Türkiyəni yazırlar. Türkiyədə doktorantura təhsili alıram. Başa düşmürəm ki, məgər Türkiyədə oxumaq cinayətdir?

Sonra yazıblar ki, guya məni də araşdırırlar və sairə. Nə etmişəm ki, məni araşdırsınlar? İndi mən əvvəlki kimi öz işimlə məşğulam, işimin başındayam, dövlətimizə, xalqımıza xidmət edirəm”.

OXŞAR XƏBƏRLƏR