Bu məscid və ziyarətgahlara işçi axtarılır

Bu məscid və ziyarətgahlara işçi axtarılır
SOSİAL
13:09 12.08.2026
990
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerləri və ziyarətgahlarda vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.

AZXEBER.COM xəbər verir ki, müsahibə çərçivəsində imam, imam müavini və dini ayinlərin icraçısı – müəzzin vəzifələri üzrə vakant yerlərə namizədlər seçiləcək.

İmam vəzifəsi üzrə ümumilikdə 15 vakant yer elan olunub. Vakansiyalar Bakı şəhərinin Yasamal və Binəqədi rayonlarında, həmçinin Xaçmaz, Mingəçevir, Kürdəmir, Cəlilabad, Masallı, Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Şamaxı və İsmayıllıda yerləşən məscid və ibadət evlərini əhatə edir. Xaçmaz rayonunun Xudat şəhərindəki "İmam Hüseyn” məscidində imam vəzifəsi üzrə 2, digər ibadət yerlərində isə hər biri üzrə 1 vakant yer ayrılıb.

İmam müavini vəzifəsi üzrə 37 vakant yer mövcuddur. Bu vəzifə üzrə vakansiyalar Bakı şəhərinin Xəzər, Suraxanı və Qaradağ rayonlarında, eləcə də Abşeron, Xızı, Xaçmaz, Qusar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Lənkəran, Astara, Lerik, Cəlilabad, Masallı, Yardımlı, Salyan, Neftçala, Qəbələ, Balakən, Ağdam və Qax rayonlarında yerləşən məscid və ziyarətgahlarda elan edilib.

Dini ayinlərin icraçısı – müəzzin vəzifəsi üzrə isə 13 vakant yer ayrılıb. Vakansiyalar Bakının Sabunçu rayonundakı Maştağa qəsəbəsi "Qədim Cümə” məscidi, eləcə də Quba, Şabran, Ağdaş, Zərdab, Ucar, Göyçay, Hacıqabul, Ağcabədi və Bərdə rayonlarında yerləşən məscidləri əhatə edir.

Beləliklə, müsahibə çərçivəsində üç vəzifə üzrə ümumilikdə 65 vakant yerin tutulması nəzərdə tutulur.

Müsahibədə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbuluna 13 avqust 2026-cı il saat 09:00-da başlanılacaq. Sənədlər 11 sentyabr 2026-cı il saat 18:00-dək qəbul ediləcək.

Namizədlər şəxsiyyət vəsiqəsinin surətini və ya şəxsiyyət vəsiqəsi barədə dövlət informasiya ehtiyatlarından çıxarışı, tərcümeyi-halı, dini ali və ya orta ixtisas təhsili haqqında sənədin notarial qaydada təsdiqlənmiş surətini və ya həmin sənəd barədə dövlət informasiya ehtiyatlarından çıxarışı təqdim etməlidirlər. Bundan başqa, sağlamlıq haqqında, narkoloji və ruhi-əsəb dispanserlərindən, eləcə də məhkumluq barədə arayış, dörd ədəd 3x4 ölçülü foto və ərizə tələb olunur.

Namizədlər tələb olunan sənədlərlə yanaşı, elmi-pedaqoji və yaradıcılıq fəaliyyətlərini təsdiqləyən sənədləri də təqdim edə bilərlər.

Sənədlər elektron qaydada [email protected] elektron poçt ünvanına, AMIN informasiya sistemi vasitəsilə və ya kağız daşıyıcıda birbaşa Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilə bilər.

Sənəd qəbulu başa çatdıqdan sonra müsahibənin keçiriləcəyi vaxt və yer barədə məlumat Dövlət Komitəsinin rəsmi internet saytında elan olunacaq.

Qeyd olunub ki, müsahibədə uğur qazanan namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
19:28 19.10.2026
Nigeriyada yaraqlıların hücumu zamanı 10 hərbçi ölüb
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
19:16 19.10.2026
Türkiyədə seldə ölənlərin sayı 9-a çatıb
“Sabah” – “Barselona” matçının biletləri satışda
18:56 19.10.2026
“Sabah” – “Barselona” matçının biletləri satışda
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
18:42 19.10.2026
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
18:29 19.10.2026
Liviyada təhlükəsizlik qurumunun azı 9 əməkdaşı ölüb
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
18:25 19.10.2026
Baş Prokurorluq 7 nəfəri beynəlxalq axtarışa verdi
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
18:24 19.10.2026
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
18:13 19.10.2026
Rəsmi Moskva: Avropadakı iğtişaşlar xaosa doğru gedir
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
17:53 19.10.2026
Qazaxda 88 yaşlı qadının meyiti tapılıb
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
17:48 19.10.2026
Həsən Zeynalov Ehtiram Quliyevin yerinə keçəcəyi ilə bağlı iddialara CAVAB VERDİ
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
17:37 19.10.2026
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxladı
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
17:35 19.10.2026
“Turan”ın prezidenti kişi voleyboluna üstünlük verməməsinin səbəbini açıqladı
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
17:27 19.10.2026
“Turan” Çempionlar Liqasında tarix yazmağa hazırlaşır – Prezidentdən açıqlama
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
17:15 19.10.2026
Novo Azərbaycanın “Az Çəki, Çox Həyat” kampaniyası çərçivəsində keçirilən aktivliyi uğurla yekunlaşıb
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
17:15 19.10.2026
Mətbuat Şurası Türkiyə mediasında Azərbaycana qarşı aparılan qərəzli kampaniya barədə bəyanat yaydı
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR
17:11 19.10.2026
Tovuzda tarixi qarşılaşmaya hazırlıq: İdman kompleksi yeniləndi - FOTOLAR