Bu məşhur klub koronavirusa görə bazasını bağladı

Bu məşhur klub koronavirusa görə bazasını bağladı
DÜNYA
20:52 13.12.2021
286
İngiltərənin "Mançester Yunayted" klubu təlim-məşq bazasını bağlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, buna son vaxtlar ölkədə koronavirusun "Omikron" ştamının yayılması səbəb olub.

Bu üzdən "qırmızı şeytanlar"ın bazası ən azı 24 saat qapalı qalacaq.

Qeyd edək ki, İngiltərənin bəzi klublarında yoluxma hallarının sayı xeyli artıb. Son olaraq, "Aston Villa"da bir neçə klub əməkdaşı və futbolçunun koronavirus testi müsbət çıxıb.
OXŞAR XƏBƏRLƏR