Bu məşhur mobil şirkət Rusiyanı tamamilə tərk edəcək

Bu məşhur mobil şirkət Rusiyanı tamamilə tərk edəcək
DÜNYA
21:19 29.08.2022
304
Finlandiyanın "Nokia” şirkəti Rusiyada fəaliyyətini tamamilə dayandıracaq.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Reuters” şirkətin nümayəndəsinə istinadən məlumat yayıb.

"İlin sonuna qədər Rusiyadakı əməkdaşlarımızın böyük əksəriyyəti "Nokia”dan ayrılacaq və bütün ofislərimizi boşaldacağıq”, - mənbə bildirib.

O əlavə edib ki, "Nokia”nın Rusiyadakı mövcudluğu şirkət rəsmi şəkildə ləğv olunana qədər davam edəcək.

Bundan başqa, agentliyin məlumatına əsasən, İsveçin "Ericsson” şirkəti də yaxın aylarda Rusiyadakı fəaliyyətini məhdudlaşdıracaq.
OXŞAR XƏBƏRLƏR