Türkiyəli sevilən aktyor Kənan İmirzalıoğlunun Türkiyənin yerli avtomobil markası olan "TOGG"un siması olacağı iddia edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, pərdə arxasından sızan gizli məlumata görə aktyor çox əhəmiyyətli bir müqaviləyə imza atıb.
Türkiyənin ilk yerli və milli avtomobil markası "TOGG"un aktyorla təxminən 3 ay əvvəl danışıqlara başladığı öyrənilib.
Reklam çarxının təfərrüatları və aktyorun bu reklamdan nə qədər qazanacağı haqda məlumat verilməyib.
Daha bir məlumata görə İmirzalıoğlu önümüzdəki həftələrdə "TOGG"un yeni modeli "T10F"in reklam çəkilişləri üçün kamera qarşısına keçəcək.
Aysel