04:03 Bazar Günü, 22 Sentyabr 2019
SOSİAL

Bu müəllimlərin maaşı ilə bağlı qərar verildi

10:17, 11.09.20191605
Bu müəllimlərin maaşı ilə bağlı qərar verildi

Baş Nazir Novruz Məmmədov "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Qərara 4-1-ci hissə əlavə edilib. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və  bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib. 

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

qafqazinfo

XƏBƏR LENTİ