Bu mühərrik yanacağı gömrük rüsumundan azad edildi

Bu mühərrik yanacağı gömrük rüsumundan azad edildi
İQTİSADİYYAT
13:28 04.03.2025
160
Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq gömrük rüsumundan azad edilir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Bu müddət 31 dekabr 2024-cü ildə başa çatıb.

Yeni qərar 30 gün sonra, yəni aprelin 3-də qüvvəyə minəcək.

Eyni zamanda Azərbaycana gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaqla əlaqədar aksiz dərəcəsi də müvafiq olaraq həmin müddətdən 1 ton üçün 1 manat olacaq.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, Qərarların qəbulu ilə idxal olunan reaktiv mühərrik yanacaqlarının (TC-1 markalı və digər kateqoriyalı yanacaq) 31.12.2025-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilməsini (500 nömrəli Qərara dəyişiklik) və idxal aksiz vergisinin 31.12.2025-ci il tarixinədək 1 ton üçün 1 manat ( hazırda 1 ton üçün 80 manatdır) (20 nömrəli Qərara dəyişiklik) təyin olunmasını nəzərdə tutur.
OXŞAR XƏBƏRLƏR