Dördüncü dəfə “Qızıl top”u qazanan Lionel Messi bu müvəffəqiyyətləri davam etdirəcəyini söyləyib.Messi karyerasının sonuna qədər bu uğurlarının davamını gətirəcəyini bildirib:"Çox xoşbəxtəm. Evdə bu mükafatlar üçün bir yer ayıracağam. Amma oturub mükafatları düşünmək vaxtı deyil".Ötən il 91 qol vuraraq Gerd Müllerin rekordunu qıran hücumçu “Özümü heç kimlə müqayisə etmək istəmirəm. Yalnız bu uğurlardan həzz alıram. Oturub bunları düşünməyə vaxtım yoxdur. Futbolla vidalaşdıqdan sonra arxaya baxıb nə etdiklərimi düşünə bilirəm” deyə vurğulayıb.