‘Bu münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə müsbət stimul verəcək’ - ATƏT-in sədri

SİYASƏT
00:18 20.11.2013
1078

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın Vyana görüşü ilə bağlı bəyanat yaymışdır.

AZXEBER.COM xəbər verir ki, Leonid Kojara Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayıb.

O, inandığını bildirib ki, Azərbaycanın və Ermənistanın yüksək səviyyədə dialoqu tərəflər arasında etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə müsbət stimul verəcək.

L.Kojara deyib: “Biz inanırıq ki, bu cür danışıqlar sülh və sabitlik, eləcə də regional əməkdaşlıq üçün yeni imkanların açılmasına təminatdır. Ukrayna ATƏT-in sədri olaraq, Azərbaycanın və Ermənistanın Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına yönəlmiş müntəzəm dialoqun qurulması istiqamətində səylərinə kömək etməyə hazırdır”.

OXŞAR XƏBƏRLƏR