«Bu münasibət qəbuledilməzdir və sağlam vətəndaşlıq mövqeyinə ziddir»

«Bu münasibət qəbuledilməzdir və sağlam vətəndaşlıq mövqeyinə ziddir»
SİYASƏT
00:30 17.09.2015
1263

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməyə qarşı ictimaiyyət təmsilçilərinin kəskin münasibəti davam edir. 

Bu məsələyə dair açıqlama verən Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılov qeyd edib ki, məlum qətnamə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı növbəti siyasi avantürasıdır və mən onu qəti olaraq rədd edirəm: «Azərbaycanın müstəqil siyasətini, özünəməxsus inkişaf modelini, xalqla hakimiyyət arasında mövcud olan sarsılmaz birliyi gözügötürməyən məlum qüvvələr mütəmadi olaraq təxribatçı fəaliyyətlə məşğul olurlar. Məlum xarici təsisatların mütəmadi olaraq yalan və böhtandan ibarət bəyanatları, dünya erməniliyi ilə əməkdaşlığı şübhə doğurmayan «ekspertlərin» bədnam açıqlamaları nəinki reallığı əks etdirir, tam olaraq Azərbaycana qənim kəsilmiş qüvvələrin sifarişlərini əks etdirir. Avropa Parlamentinin qətnaməsini də mən bu kampaniyanın tərkib hissəsi kimi qəbul edirəm. Ölkəmizə «demokratiya» dərsi keçməyə cəhd edənlər əslində, öz ölkələrində vətəndaşların azadlıqlarının və hüquqlarının qorunmasına çalışmalıdırlar».

Deputat İmamverdi İsmayılov bu antimilli aksiyalara qarşı ictimaiyyətin göstərdiyi kəskin münasibəti də razılıqla qarşılayıb: «Bu mövzuda gedən müzakirələr Prezident İlham Əliyevin siyasi kursu ətrafında hamımızın sıx səfərbər olduğunu bir daha aydın nümayiş etdirdi. Azərbaycan Prezidenti müstəqillyimizin və inkişafımızın təminatçısıdır. Bu baxımdan, dövlət başçımıza dəstək, əslində müstəqilliymizə və inkişafımıza dəstək, etimaddır. Bir neçə gün öncə parlamentdə keçirilən müzakirələrdə də xalqımızın bu məsələlərlə bağlı mövqeyi ifadə edildi. Təəssüf ki, texniki problemlərdən və vaxt çatışmazlığından parlamentin iclasında fikrimi söyləyə bilmədim».

Həmin gün - parlamentin iclasından öncə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində bu mühüm siyasi məsələyə həsr edilən iclasın keçirildiyini xatırladan millət vəkili bildirdi ki, işğal altındakı yurdları təmsil edən deputatlar, icra strukturlarının təmsilçiləri, ziyalılar Avropa Parlamentinin bədnam qətnaməsini müzakirə etdi: «Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Həsənov Avropalı parlamentarilərin əsl niyyətini, onların arxasında duran qüvvələrin məkrli planlarını olduqca geniş və əhatəli şəkildə açıqladı, çox mətləblərə aydınlıq gətirdi, pozucu qüvvələrin bəd əməllərini ifşa etdi. Təəssüf ki, Əli müəllimin bu antimilli kampaniyaya qarşı dövlətin apardığı mübarizə çərçivəsində qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı təklifləri sonradan bəzi KİV-lərdə əsl mahiyyətindən yayındırılaraq, səhv yozuldu, müəyyən fikirlər təhrif edildi.

Əslində, hörmətli Əli müəllimin əsas mülahizəsi bu idi ki, ölkəmizi xaricdə təmsil edən diplomatik korpusun təmsilçiləri, diasporamızın nümayəndələri belə taleyüklü məsələlərdə önləyici tədbirlər həyata keiçrməli, həmin ölkələrin rəsmi şəxsləri, parlament təmsilçiləri ilə davamlı, ardıcıl iş aparmalı, ölkəmizin əldə etdiyi inkişaf barədə onlar mütəmadi məlumatlandırılmalıdırlar. Bu faktı xüsusi vurğulamağımın yalnız bir səbəbi var: hətta belə ümummilli məsələlərdə də bəzi media təmsilçiləri həqiqəti yazıb, əsl faktları göstərməkdənsə, ucuz sensassiya arxasınca qaçır, süni ajiotaj yaradırlar. Fikrimcə, bu münasibət qəbuledilməzdir və sağlam vətəndaşlıq mövqeyinə ziddir!..».

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...