"Bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur" - Rəşad Sadıqov

"Bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur" - Rəşad Sadıqov
İDMAN
01:19 30.11.2018
11215

Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Sportinq”ə 1:6 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, avrokuboklarda 100-cü oyununa çıxan təcrübəli müdafiəçi əvvəlcə görüşlə bağlı danışıb.

- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz və bu qarşılaşma ağır məğlubiyyətlə yekunlaşdı. Hisslərinizi bölüşərdiniz.

- Çox danışacaq bir şey yoxdu. Hesab hər şeyi deyir.

 

 

 

- Lissabonda bu rəqibə 0:2 hesabı ilə uduzsanız da, bu dəfə daha fərqli oldu. Nə baş verdi?

- Bu gün tam fərqli "Sportinq” oynayırdı. Bilmirəm, bu, baş məşqçi dəyişikliyinə görədir, yoxsa yox, amma rəqib tam fərqli oynadı. Kubok oyununda onları təhlil etmişdik, çox aqressiv çıxış edirdilər. Səviyyə fərqi çox böyükdür, meydanda açıq-aşkar görünürdü. Desək ki, bizim futbolçularda istək yox idi, mübarizə aparmırdılar, adamın dili gəlməz. Ustalıq səviyyəsi adi epizodlarda özünü göstərdi.

- Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışları sizə təsir edib?

- İnanmıram. O oyunların buna aidiyyatı yoxdur. Toparlanıb ilin sonuna kimi 5 oyuna çıxmalı, daha sonra II dövrəyə və növbəti avrokubok mövsümünə hazırlaşmalıyıq. Nə qismət olsa, ona hazırlaşmalıyıq. Ruhdan düşmək və "sınmaq” vaxtı deyil. Bizə yaraşmayan formada acınacaqlı şəkildə yenilgi yaşadıq. Belə məğlubiyyət ağlımıza gəlməzdi. Bu, ən böyükhesablı ev məğlubiyyətimiz oldu. 70-ci dəqiqəyə kimi qapıya gələn dörd zərbənin hamısı qol oldu. Ümumiyyətlə, bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur. Ötən mövsüm xal aldığımız oyunlarda bəzən rəqib istifadə edə bilmirdi, bizə də motivasiya gəlirdi və hərdən istifadə edirdik. Ancaq bu il tam fərqli ssenari gedir. Sanki Çempionlar Liqasında oynayırıq. Düzdür, ötən il də 6 qolla uduzmuşduq. Amma belə ağır oyunlarımız olmamışdı. "Arsenal”dan evdə üstün çıxış etmişdik, "Sportinq”lə də səfərdə pis oynamamışdıq. Komanda şəklində ruhdan düşmək olmaz. Qışda özümüzə gəlmək üçün vaxt olacaq. Ağır period keçiririk.

- İbrahim Şehiç üçün darıxırsınız?

- Şehiç söhbəti deyil. Çatışmayan şeylərimiz var, hamı bunu anlayır. Birdən-birə bəzi şeylər düzəlmir. Bunun üçün vaxt lazımdır.

- "Qarabağ”ın bu mövsümkü zəif çıxışını nə ilə əlaqələndirə bilərsiniz?

- Çox şeylə əlaqələndirmək olar. Bu gün səbəb gətirmək zamanı deyil. Özü də belə məğlubiyyətdən sonra. Çatışmayan cəhətlər var. İnşallah, zamanla bunlar həll olar. Qış və ya yay transfer dönəmlərində komandamız düzələcək.

- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz. Sizə hansısa yerli futbolçu çata bilərmi?

- Bu dəqiqə 100-cü oyun hayında deyiləm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
20:12 03.07.2025
İlham Əliyev: “Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
20:08 03.07.2025
Qeyri-sabit hava iyulun 7-dək davam edəcək - FAKTİKİ HAVA
Sezenin yeni çıxan albomu dünya sıralamasında
19:59 03.07.2025
Sezenin yeni çıxan albomu dünya sıralamasında
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
19:42 03.07.2025
Tramp Zelenski ilə Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcək
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
19:34 03.07.2025
ABŞ vətəndaşlarına çağırış etdi - İrana getməyin!
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
19:24 03.07.2025
Onların “Spotify”dan qazandıqları 200 min dolları keçdi
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
19:09 03.07.2025
İtaliya müdafiə naziri: Rusiya növbəti 5 ildə NATO üçün təhdid yarada bilər
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
18:50 03.07.2025
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq - DİQQƏT!
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
18:43 03.07.2025
Tarix Əliyev ilk dəfə qızının anası ilə bağlı danışdı - VİDEO
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
18:25 03.07.2025
Azərbaycanda rusdilli təhsil ləğv olunmalıdır? - VİDEOSORĞU
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
18:21 03.07.2025
ABŞ-nin yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Tacirin ev qiymətinə olan saatı - FOTO
18:10 03.07.2025
Tacirin ev qiymətinə olan saatı - FOTO
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
18:00 03.07.2025
Yekaterinburqda həbs olunan daha bir azərbaycanlı məhkəmə qərarından şikayət edib
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
17:57 03.07.2025
Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndinin açılışında iştirak ediblər
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
17:50 03.07.2025
Bakıda yeni park dost ölkənin xəritəsi formasında olacaq
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub
17:31 03.07.2025
Bakıda təmirə görə bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub