Bu mövsüm uşaqlarda artan tənəffüs yolu infeksiyalarına qarşı nə etmək lazımdır?

SAĞLAMLIQ
11:59 13.10.2023
369
Xüsusilə sentyabr ayından etibarən görülməyə başlayan tənəffüs yolu infeksiyaları ilə əlaqədar həkimlər həyəcan təbili çalıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı türkiyəli həkim, uşaq yoluxucu xəstəlikləri mütəxəssisi Ateş Kara  valideynlərə video müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Xüsusilə qış aylarında uşaqlarda tənəffüs yolu infeksiyaları geniş miqyasda müşahidə olunur. Baxdığımızda xüsusilə sentyabr ayından etibarən uşaqlarda bir sıra infeksiyon xəstəliklər baş qaldırır. Bunun başlıca səbəbi məktəbdə, körpələr evi-uşaq bağçalarında uşaqların yaxın təmasda olması və təmizlik qaydalarına riayət etməməsidir.  Bu da onların zərərli mikroorqanizmlərin, bakteriyaların öz aralarında yayılmasına səbəb olur. 

O, uşaqların məktəbə getdikləri zaman evə nisbətən daha çox bakteriya və virusa məruz qaldığını xatırladıb:

"Burada ən mühüm məqam odur ki, biz bu yoluxmaların olanacağını əvvəlcədən bilirik. Amma nəzərə almaq lazımdır ki, şəxsi gigiyenamıza riayət etməklə bunun ən azı bir hissəsinin qarşısını ala bilərik. Bu səbəbdən uşaqlara xüsusilə yuyunma vərdişini öyrətmək mütləqdir. Onlara dərslər arasında fasilələr vermək, açıq ərazilərə getməyi tövsiyə etmək daha məqsədə uyğundur.  Xatırlatmaq vacibdir ki, sinif otaqlarının pəncərələrinin açılması və havalandırmanın təmin edilməsi ilə də yoluxmaların sayını azaltmaq mümkündür". 

Aysel

OXŞAR XƏBƏRLƏR