Bu nazirlik Hökumət Evindən çıxarılır

Bu nazirlik Hökumət Evindən çıxarılır
SOSİAL
11:01 03.04.2018
5549
Azərbaycanın Energetika Nazirliyi Hökumət Evindən çıxır.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, dünəndən nazirliyin apararı yeni ünvana köçürülməsinə başlanılıb.

Bundan sonra qurum Heydər Əliyev prospekti, 152 ünvanında (Çinar Plaza) yerləşəcək. İş mərkəzinin 12, 14 və 16-cı mərtəbələri Energetika Nazirliyinə ayrılıb. Nazirliklə yanaşı onun tabeliyində olan qurumların da bura köçürüldüyü bildirilir.

Energetika Nazirliyinin Hökumət Evindəki köhnə ünvanının isə İqtisadiyyat Nazirliyinin balansına veriləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR